10 Avqust 2026, 18:12
FUTBOL
"Qırmızı-qaralar" braziliyalı müdafiəçi Edson Eduardo ilə anlaşıb.
“Qəbələ” növbəti transferini rəsmiləşdirib. “Qırmızı-qaralar” braziliyalı müdafiəçi Edson Eduardo ilə anlaşıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, 24 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlanıb.
Edson son olaraq İslandiyanın “Vestri” klubunda çıxış edib. O, buna qədər vətənində “Rondoniense”, “Anapolis”, “Ponte Preta” və Tunisdə “Qabes” klublarının formasını geyinib.













