"Orhus"un baş məşqçisi Yakop Poulsen "Sabah"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan əvvəl mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, Poulsen sabah keçiriləcək görüşlə bağlı düşüncələrini bölüşüb:

"Ümid edək ki sabah yaxşı oyun sərgiləyəcəyik. Uzun yol qət etmişik. Həftəsonu oyun keçirməmişik. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Çempionlar Liqasının pley-off mərhələsinə adlamaq üçün oynayacağıq.

Heyətdə zədəli futbolçular var idi. Artıq sağalıblar, oynayacaqlar. Sabah üstün olan tərəf növbəti mərhələyə yüksələcək. Hava istidir, amma bu şərtlər altında oynamağa məcburuq.

Çox maraqlı oyun oldu. Sevinirəm ki, qələbə qazandıq. Sabah ötən mövsüm böyük fərqlə çempion olmuşdu. Bu, məndə bəzi suallar yaratmışdı".

Qeyd edək ki, "Sabah" - "Orhus" matçı avqustun 11-də, saat 20:00-da "Bank Respublika Arena"da start götürəcək. İlk matçda Danimarka təmsilçisi 2:1 hesabı ilə qalib gəlib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest