"İlk matçda rəqibin iki real şansı oldu ki, onları da qola çevirdi".

Matça ciddi hazırlaşmışıq. Əlimizdən gələnin ən yaxşısını edəcəyik.

"Sabah"ın futbolçusu İvan Lepinitsa UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda Danimarkanın "Orhus" komandası ilə keçirəcəkləri cavab oyunundan öncə təşkil olunan mətbuat konfransında iştirak edib.

Matc.az xəbər verir ki, o, növbəti mərhələyə yüksələcəklərinə inandığını deyib.

"İlk matçda rəqibin iki real şansı oldu ki, onları da qola çevirdi. Komandamıza inanıram və ümid edirəm ki, növbəti mərhələyə keçən tərəf biz olacağıq".

Qeyd edək ki, avqustun 11-də Masazırdakı "Bank Respublika Arena"da təşkil olunacaq “Sabah” – “Orxus” görüşü saat 20:00-da başlayacaq. Komandalar arasında Danimarkada keçirilmiş ilk matçda meydan sahibləri 2:1 hesablı qələbə qazanıblar.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest