"Arsenal"ın kapitanı Loran Koselni klubun ABŞ turnesinə yollanmaqdan imtina edib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

London təmsilçisi müdafiəçinin hərəkətinin səbəbini araşdırdıqlarını yayıb: "Loranın qaydalarımıza zidd olan hərəkətinə görə məyusuq. Bu problemin həllinə ümid edirik". İlkin ehtimal Koselninin klubdan ayrılmaq üçün bu addıma əl atmasıdı.

Qeyd edək ki, 2010-cu ildən "Arsenal"ın formasını geyinən Loran Koselninin müqavilə müddəti gələn ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest