Yeni mövsümün heyətini formalaşdıran "Fənərbaxça" "Yuventus"un futbolçusuna göz dikib. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, İstanbul nəhəngi "Arsenal"ın yarımmüdafiəçisi Məsut özillə birlikdə digər almaniyalı Sami Xediranı da istəyir.

özili icarəyə götürməyin yollarını axtaran "sarı-lacivərdlilər" Xedira üçün də danışıqlara başlayıb. Türklər Almaniya millisinin üzvünü münasib qiymətə transfer etməyi planlaşdırır.

Qeyd edək ki, Sami Xediranın "Yuventus"la müqavilə müddəti 2021-ci ilin yayına qədərdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest