"Valensiya"nın müdafiəçisi Aymen Abdennur karyerasını Türkiyədə davam etdirəcək. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, tunisli futbolçu "Kayserispor"la anlaşıb.

İspaniya klubu bu keçidi rəsmi saytı vasitəsilə bəyan edib. 29 yaşlı futbolçu bu günlərdə Superliqa təmsilçisi ilə münasibətləri rəsmiləşdirəcək. "Gənclərbirliyi"nin də maraq dairəsində olan futbolçu üstünlüyü Kayseri klubuna verib.

Qeyd edək ki, Aymen Abdennur son iki mövsümü icarə əsasında "Marsel"də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest