Türkiyənin "Qalatasaray" klubu Fernando Rejeslə vidalaşıb. Matc.az xəbər verir ki, braziliyalı futbolçu gözlənildiyi kimi, İspaniyanın "Sevilya" klubuna transfer olunub.
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. "Sevilya" bu transferə görə Türkiyə çempionuna 4,5 milyon avro təzminat ödəyib.
 
2017-ci ildən "Qalatasaray"da çıxış edən 31 yaşlı futbolçu, son mövsümdə iştirak etdiyi 32 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest