"Öz meydanında oynayırsansa, qələbə qazanmaq vacibdi. Ancaq indiki futbolda meydan amili böyük rol oynamır, əsas odu ki, qol buraxmayasan. "Partizani" uğurlu başlanğıc etdi. İndi səfərdə qol vurmaq böyük üstünlük qazandırar".
"Partizani"nin ilk oyunu barədə pozitiv düşünürəm. Unutmayaq ki, rəqib çox pul xərcləmiş və avrokuboklarda qrup mərhələsində oynamış "Qarabağ"dı". Matc.az xəbər verir ki, bunu "Partizani"nin sabiq yarımmüdafiəçisi Dorian Bilikbaşi deyib.
39 yaşlı mütəxəssis Albaniya mətbuatına açıqlamasında çempionlar Liqasının I təsnifat mərhələsində "Partizani" ilə "Qarabağ" arasında keçirilən ilk oyunu dəyərləndirib.
0:0 hesabını uğurlu sayan Bilikbaşi cavab görüşü üçün məsləhətlər verib: "öz meydanında oynayırsansa, qələbə qazanmaq vacibdi. Ancaq indiki futbolda meydan amili böyük rol oynamır, əsas odu ki, qol buraxmayasan. "Partizani" uğurlu başlanğıc etdi. İndi səfərdə qol vurmaq böyük üstünlük qazandırar. Albaniyadakı bərabərlik səfər görüşünə ümidlə getməyə əsas verir. "Partizani"nin növbəti mərhələ şansı var və əminəm ki, onlar Azərbaycanda bunu bacaracaqlar. Ancaq Bakıda çox ehtiyatlı oynamaq və irəlidə ələ düşən şansları düzgün dəyərləndirmək lazımdı. Əminəm ki, qol vurmaq üçün şans düşəcək. çünki orda dəqiqələr keçdikcə və qol vurulmadıqca rəqib əsəbləşəcək və həmin andan düzgün yararlanmaq lazım olacaq".
Qeyd edək ki, "Qarabağ"la "Partizani" arasında cavab matçı iyulun 17-də "Dalğa Arena"da keçiriləcək.