Premyer Liqanın X turunda "Kardiff"i 4:1 hesabı ilə məğlub edən "Liverpul" rekorda imza atıb. Matç.az saytı xəbər verir ki, "qırmızılar" İngiltərə çempionatının ilk 10 matçında 26 xal toplayıb.

Hesabında 8 qələbə və 2 heç-heçə olan Yurgen Kloppun yetirmələri klub tarixinin ən yaxşı nəticəsini təkrarlayıb. "Liverpul" bunadək yalnız bir dəfə Premyer Liqanın ilk 10 görüşündə 26 xal qazanıb.

Buna 10 il əvvəl təsadüf olunub. 2008/09 mövsümünün startında liverpullular 8 qələbə və 2 heç-heçəyə imza atıb.

26 - «Ð›Ð¸Ð²ÐµÑ€Ð¿ÑƒÐ»ÑŒ» выиграл 26 очков в своих первых 10 матчах Премьер-лиги в этом сезоне (W8 D2 L0) - их совместный лучший старт в сезоне Премьер-лиги после 10 игр (также 26 в 2008-09 годах). Угроза

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest