"İnter"in yarımmüdafiəçisi Raca Nainqqolan və hücumçusu Mauro İkardi komandanın məşqlərinə qoşulmayıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, rəhbərik futbolçuları əsas komandanın hazırlığına cəlb etmək niyyətində deyil.

Hər iki oyunçu yeni baş məşqçi Antonio Kontenin gələcək planına daxil olmadığını və rəhbərlik tərəfindən transferə çıxarıldığını bilir. Əsas heyətin məşqlərinə çağırılmayan ulduz futbolçular üçün şəxsi məşqçi ayrılıb.

Qeyd edək ki, Mauro İkardi 2013, Raca Nainqqolan isə 2018-ci ildən "İnter"dədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest