Avstraliyada təlim-məşq toplanışında olan "Mançester Yunayted" bu gün yoxlama görüşü keçirib. Matc.az saytının məlumatına görə, "qırmızı şeytanlar" yerli "Pert Qlori" ilə qarşılaşıb.

Pert şəhərində baş tutan görüş "mankunianlar"ın qələbəsi ilə nəticələnib. Premyer Liqa təmsilçisi 60-cı dəqiqədə Markus Reşford və 85-ci dəqiqədə Ceyms Qarnerin qolu sayəsində 2:0 hesablı qələbə qazanıb.

"Mançester Yunayted"in yeni transferi müdafiəçi Aron Van-Bissaka ikinci hissədə meydanda olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest