17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi AVRO-2019-un seçmə mərhələsində son oyununu sabah keçirəcək. Matç.az saytı xəbər verir ki, Albaniyada meydan sahibləri ilə qarşılaşacaq yığmamızın mərhələ adlaması möcüzədən asılıdı.

8-ci qrupdakı ilk iki qarşılaşmada Norveçə 1:4, çexiyaya 0:2 hesabı ilə uduzan komandamız elit-raunda birbaşa yüksələn iki yerdən birini tutmaq şansını rəsmən itirib. Baş məşqçi Ramin Quliyevin yetirmələrinin bütün ümidləri ən yaxşı nəticəyə malik dörd 3-cü yer sahibindən biri olmaqdı.

Bunun üçün yığmamız Albaniyaya uduzmamalıdı. Hətta heç-heçə də komandamızı 3-cü sırada saxlayacaq.

Bundan sonra millimiz 13 seçmə qrupun hamısında mübarizənin başa çatmasını gözlənəlidi. Müqayisə zamanı sonuncu yerlə görüşün nəticəsi nəzərə alınmadığı üçün Albaniya ilə qələbə və ya heç-heçənin əhəmiyyəti yoxdu.

Quliyevin komandası digər qrupların üçüncüləri ilə müqayisəyə 2 məğlubiyyət və 1:6-lıq top fərqi ilə çıxacaq. Artıq 5 qrupda qiyabi rəqiblərimiz bəllidi.

Onlardan üçü – Bosniya və Herseqovina, Serbiya, Makedoniya yığmamızı üstələyir. Əvəzində Monteneqro ilə Qazaxıstan millimizdən də geri qaldığı üçün bütün şanslarını rəsmən itirib.

Komandamızın yeganə şansı isə bu siyahıda 4-cü olmağa, sonuncu vəsiqəyə yiyələnməkdi. Bunun üçün mübarizənin başa çatmadığı 7 qrupun hamısına 3-cü yer sahibi daha zəif nəticə göstərməlidi. Yəni liderlərə uduzmalı və top fərqində "-5"dən zəif olmalıdı. İnandırıcı görünməyən bu möcüzə millimizin lehinə işləyəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest