"Real"ın baş məşqçisi Xulen Lopeteqi yol üstədi. Matç.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, La Liqanın X turunda bu gün "Barselona" ilə keçiriləcək oyun onun taleyinə aydınlıq gətirəcək.

Uğursuz mövsüm keçirən "kral klubu" "Nou Kamp"dan məğlubiyyətlə dönsə, Lopeteqinin postundan qovulması gözlənilir. Bunu nəzərə alan madridlilər bu posta namizədlərini müəyyənləşdirib. "çelsi" ilə müqaviləsinin ləğvinə razılıq verən Antonio Konte ilə yanaşı, Belçika millisinin baş məşqçisi Roberto Martines də "Real"a keçməyə namizəddi.

Qeyd edək ki, Xulen Lopeteqi "Real"a cari mövsümün əvvəlində keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest