15 İyul 2019, 14:05
FUTBOL
"Real"ın yarımmüdafiəçisi Hames Rodriges yenidən Madriddə yaşayacaq. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, yeganə fərq onun "Real"da yox, "Atletiko"da çıxış etməsidi.
Belə ki, paytaxt klubları arasında kolumbiyalının keçidi məsələsində ilkin razılıq əldə olunub. Anlaşmaya əsasən, Hamesin transferi "kral klubu"na 50 milyon avro qazandıracaq. 28 yaşlı hücumameyilli oyunçunun yaxın günlərdə keçidinin açıqlanması gözlənilir.
Qeyd edək ki, Hames Rodriges son iki mövsümü icarə əsasında "Bavariya"da keçirib.