15 İyul 2019, 15:57
FUTBOL
çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov növbəti təyinatını alıb. Matc.az xəbər verir ki, bu barədə məlumatı AFFA rəsmi saytı vasitəsilə yayıb.
O, iyulun 17-dən 28-dək Rusiyanın paytaxtı Moskvada keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyunlarına təyinat alıb.
Qeyd edək ki, Azərbaycan millisi seçmə mərhələdə Ukrayna, İspaniya və Latviya ilə qarşılaşacaq.