Növbəti mövsüm üçün heyətini gücləndirməyə davam edən "Qarabağ" üçüncü transferini reallaşdırıb. Matc.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Rerras Faycal Azərbaycan çempionu ilə anlaşıb.

Mərakeşli müdafiəçi yeni komandası ilə iki illik müqavilə imzalayıb. 26 yaşlı cinah oyunçusu sonuncu dəfə Fransanın "Bezye" klubunda çıxış edib.

Qeyd edək ki, buna qədər "Qarabağ" Xayme Romero və Ailton Silvanı transfer etmişdi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest