Argentina millisinin kapitanı Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından üzr istəməlidi. Bunu Argentina Ali İdman Məhkəməsinin üzvü Qustavo Abreu deyib. Əks təqdirdə, Leo 2 il müddətinə yığmadan kənarlaşdırılacaq.

Argentina millisinin kapitanı Lionel Messi Cənubi Amerika Futbol Konfederasiyasından üzr istəməlidi. Matc.az xəbər verir ki, bunu Argentina Ali İdman Məhkəməsinin üzvü Qustavo Abreu deyib.

O bildirib ki, superulduz Amerika Kuboku-2019-un yarımfinalında Braziliyaya məğlubiyyətdən sonra KONMEBOL-un korrupsiyaya əl atması ilə bağlı fikirlərinə görə, üzr istəməlidi. Əks təqdirdə, Leo 2 il müddətinə yığmadan kənarlaşdırılacaq. Bu isə onun gələn il Argentina və Kolumbiyada təşkil ediləcək Amerika Kuboku, eyni zamanda Dç-2022-nin seçmə mərhələsindən kənarda qalmasına səbəb olacaq.

"Messinin sanksiyadan qaçmaq üçün üzr istəməsi vacibdi. Argentina Futbol Federasiyasını da onunla əlaqə saxlamağa dəvət edirəm", - deyə Abreu söyləyib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest