"Ayaks"ın kapitanı Mattiys De Liqtin "Yuventus"a transferi reallaşmaq üzrədi. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc müdafiəçi bu gün Turinə yollanacaq.

Hollandiya millisinin üzvü sabah tibbi müayinədən keçdikdən sonra yeni komandası ilə münasibətləri rəsmiləşdirəcək. Klublar arasındakı razılığa əsasən, bu transfer Amesterdam klubuna 70 milyon avro qazandıracaq.

Hollandlar oyunçunun performansına görə, əlavə bonus da ala bilər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest