"Beşiktaş" qış "transfer pəncərəsi"ndə müdafiə xəttini gücləndirmək üçün işlərini davam etdirir.
Matc.az xəbər verir ki, bu barədə "Takvim" nəşri məlumat yayıb.
Bildirilir ki, "ağ-qaralar"ın transfer siyahısına "Vest Hem"də çıxış edən Konstantinos Mavropanos düşüb. Klubun futbol direktoru Eduard Qraf 28 yaşlı yunanıstanlı müdafiəçini Almaniya və Yunanıstan yığmaları arasında keçirilən UEFA Millətlər Liqası oyununda tribunadan canlı izləyib.
Rəhbərlik oyunçunu hədəflər sırasına əlavə edib və yanvar ayında İngiltərə klubuna rəsmi təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, yunanıstanlı müdafiəçi bu mövsüm meydana çıxdığı 9 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Onun hazırkı bazar dəyəri 18 milyon avro qiymətləndirilir.













