10 Oktyabr 2026, 13:51
FUTBOL
"Tottenhem"in niderlandlı yarımmüdafiəçisi Xavi Simons zədədən sonrakı məcburi reabilitasiya dövrünü şəxsi inkişafı üçün faydalı keçirmək qərarına gəlib və dünyanın aparıcı ali təhsil müəssisələrindən birinə daxil olub.
Matc.az xəbər verir ki, bu barədə "TNT Sports" məlumat yayıb.
Bildirilir ki, 23 yaşlı futbolçu Harvard universitetinin biznes istiqaməti üzrə onlayn proqramına yazılıb. Yarımmüdafiəçi dizin çarpaz bağlarının yırtılması kimi ağır zədədən bərpa olunduğu müddətdə menecment və biznesin idarə edilməsi sahəsini öyrənmək qərarına gəlib.
Xatırladaq ki, dizindən aldığı zədə səbəbindən niderlandlı oyunçu uzun müddətə sıradan çıxıb və yaşıl meydanlara mövsümün ikinci yarısından tez qayıtmayacaq.













