Argentina milli komandası 2026-cı il dünya çempionatı zamanı onlayn nifrətin əsas hədəfinə çevrilib.

Matc.az xəbər verir ki, bu barədə FIFA-nın rəsmi hesabatında məlumat yayılıb.

Bildirilir ki, araşdırma çərçivəsində mütəxəssislər müxtəlif sosial şəbəkələrdə 17,1 milyondan çox paylaşım və şərhi təhlil ediblər. Göstəricilər onlayn təqiblərin həcminə görə Argentinanın bütün digər milli komandaları qabaqladığını üzə çıxarıb. Bu siyahıda növbəti yerlərdə İngiltərə, İspaniya, Braziliya və Norveç yığmaları qərarlaşıb.

Cənubi Amerika təmsilçisinə qarşı hücumların əsas forması hakimlərin qərəzli olması ilə bağlı ittihamlar və ksenofobik ifadələr olub. Bununla yanaşı, Argentinanın bəzi futbolçuları neqativ mesajlarda adlarının çəkilmə tezliyinə görə Fransa, İngiltərə və Portuqaliya oyunçularından sonra dördüncü yeri tutublar.

Həmçinin Argentina, Cənubi Afrika və İngiltərə ilə yanaşı, ksenofobik təhqirlərə ən çox məruz qalan ölkələr sırasında da yer alıb. Hesabatda o da xüsusi vurğulanır ki, Argentina ilə əlaqələndirilən hesablardan ən çox irqçi mesajlar göndərilib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest