PSJ-nin baş məşqçisi Luis Enrike Liqa 1-in VI turunun "Le-Man"la keçiriləcək ev oyunu ərəfəsində komandanın hücumçusu Usman Dembeleni müdafiə edib.
Matc.az xəbər verir ki, bu barədə "Foot Mercato" nəşri məlumat yayıb.
Bildirilir ki, ispaniyalı mütəxəssis tənqidlərlə razılaşmadığını vurğulayıb:
"Tənqidlərlə razı deyiləm. Məncə, o, həmişəki kimi möhtəşəm idi. O, xüsusi oyunçudur. Dembelenin oyununu görmək üçün stadiona bilet almağa mütləq dəyər. O, hər zaman matçın gedişatına təsir etməyə, qol vurmağa hazırdır. Özünü çox yaxşı tərəfdən göstərdi".
PSJ – "Le-Man" qarşılaşması oktyabrın 10-da Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu, Fransa çempionatının turnir cədvəlində 6-cı (8 xal) və 10-cu (6 xal) yerlərdə qərarlaşan komandaların görüşü olacaq.
Cari 2026/27 mövsümündə Dembele parislilərin heyətində bütün turnirlərdə meydana çıxdığı 7 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, 2023-cü ilin yayından Paris klubunda çıxış edən ulduz futbolçu "Qızıl top - 2026" mükafatına namizədlərin siyahısına düşüb













