"Dənizlispor" heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, bu barədə klub rəsmi saytı vasitəsilə məlumat yayıb.

Yeni mövsümdə Superliqada mübarizə aparacaq Dənizli təmsilçisi "Lids"in malili futbolçusu Hadi Sakonu heyətinə qatıb. 25 yaşlı vingerlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Sako geridə qalan mövsümü icarə əsasında "Las Palmas" və "Ankaragücü"də keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest