İngiltərə Premyer Liqasının reqlamentində dəyişiklik edilib. Bu, turnir cədvəlinin tərtib olunması ilə bağlıdı. Belə ki, yeni mövsümdən komandaların xalları bərabər olacağı təqdirdə, şəxsi oyunlardakı nəticələrə üstünlük veriləcək.
İngiltərə Premyer Liqasının reqlamentində dəyişiklik edilib. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, bu, turnir cədvəlinin tərtib olunması ilə bağlıdı.
Belə ki, yeni mövsümdən komandaların xalları bərabər olacağı təqdirdə, şəxsi oyunlardakı nəticələrə üstünlük veriləcək. Buna qədər Premyer Liqada top fərqinə əsasən turnir cədvəlindəki yerlər müəyyənləşdirilirdi.
Qeyd edək ki, 2011-12 mövsümündə "Mançester Siti" ilə "Mançester Yunayted" eyni sayda xal toplasa da, top fərqinə görə, "şəhərlilər" çempion elan edilmişdilər.