İspaniyanın “Barselona” klubu braziliyalı futbolçu Rafinya ilə yeni müqavilə imzaladığını açıqlayıb. Matc.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Razılaşma 2030-cu ilə qədər qüvvədədir. Futbolçunun əvvəlki müqaviləsi 2028-ci ilədək nəzərdə tutulmuşdu.

29 yaşlı Rafinya 2022-ci ildən “Barselona”da çıxış edir. Kataloniya təmsilçisində olduğu müddətdə o, üç dəfə İspaniya çempionu, üç dəfə İspaniya Superkubokunun qalibi olub, bir dəfə də İspaniya Kral Kubokunu (Copa del Rey) qazanıb. Braziliyalı hücumçu 2024/25 mövsümündə Çempionlar Liqasının bombardiri olub.

“Barselona”ya keçməzdən əvvəl Rafinya Portuqaliyanın “Sportinq”, Fransanın “Renn” və İngiltərənin “Lids” klublarında çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest