“Napoli”nin baş məşqçisi Massimiliano Alleqri Çempionlar Liqasının liqa mərhələsinin dördüncü turunda Portuqaliyanın “Portu” klubuna 1:4 hesabı ilə məğlub olmalarını şərh edib. Matc.az xəbər verir ki, Alleqri komandanın standart vəziyyətlərdən iki qol buraxdığını bildirib: “Birincidə mövqe seçimində anlaşılmazlıq oldu. İkincidə isə qol vuran oyunçuya qarşı fərdi müdafiə tətbiq etməyə qərar vermişdik, lakin rəqib hərəkətlərini dəyişməkdə kifayət qədər çevik davrandı. Çox vaxt məhz belə kiçik detallar oyunun taleyini həll edir”.
Baş məşqçi komandanın oyununu dəyərləndirərək əlavə edib: “Daha əvvəl elə oyunlar olub ki, onlarda daha çox məyus olmuşdum, amma bu gün komanda 70 dəqiqə ərzində yaxşı çıxış etdi. Böyük fiziki güc sərf etdik. Hazırda məyusam, çünki çətin bir dövrdən keçirik, lakin bu gün futbolçuları qınamağa heç bir əsas yoxdur. Onlar əzmkarlıqla və tam fədakarlıqla oynadılar. Üstəlik, bu stadionda oynamaq heç vaxt asan deyil”.













