04 Noyabr 2026, 17:40
FUTBOL
“Aston Villa”nın baş məşqçisi Unay Emeri UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turunda “Barselona”ya 0:3 hesablı məğlubiyyətdən sonra fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, ispaniyalı mütəxəssis komandasının oyununun müsbət tərəflərinin olduğunu, lakin buraxılan səhvlərin nəticəyə təsir göstərdiyini bildirib.
“İlk hissədə planlaşdırdığımız kimi oynadıq. Qol epizodunda səhvə yol verdik, lakin bu, oyun üslubumuzun bir hissəsidir. Buna baxmayaraq, toparlanaraq qol imkanları yaratdıq. Təəssüf ki, həmin fürsətlərdən yararlana bilmədik və daha dəqiq oynamalı idik”, – deyə Emeri qeyd edib.
Mütəxəssis “Barselona”nın Avropanın ən güclü komandalarından biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu qarşılaşma “Aston Villa” üçün inkişaf baxımından mühüm sınaq olub. Emeri komandasının gənc futbolçulardan formalaşdığını və belə oyunların təcrübə qazandırdığını bildirib. O, əsas məqsədlərinin böyük komandalarla aralarındakı fərqi azaltmaq və Çempionlar Liqasında daha yüksək səviyyəyə çatmaq olduğunu söyləyib. Baş məşqçi qarşıdakı matçlarda daha güclü çıxış edəcəklərinə inandığını da əlavə edib.
Qeyd edək ki, “Barselona” – “Aston Villa” qarşılaşması Kataloniya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.













