Almaniya millisinin baş məşqçisi Yurgen Klopp UEFA Millətlər Liqasının noyabr ayında keçiriləcək oyunları üçün heyəti açıqlayıb. Matc.az xəbər verir ki, baş məşqçinin açıqladığı 24 futbolçuluq siyahıda diqqətçəkən məqam Niklas Fullkruqun yenidən milliyə dəvət almasıdır.
Bundan başqa, 17 yaşlı yarımmüdafiəçi Vael Mohya ilk dəfə Bundestimə çağırılıb.
 
Almaniya millisi noyabrın 13-də səfərdə Serbiya, noyabrın 16-da isə doğma meydanda Niderlandla qarşılaşacaq.
 
Almaniya millisinin heyəti:
 
Qapıçılar: Aleksander Nübel, Mark-Andre ter Ştegen, Jonas Urbiq.
 
Müdafiəçilər: Valdemar Anton, Neytanyel Braun, Finn Yelç, Maksimilian Mittelştadt, Niko Şlotterbek, Conatan Ta, Malik Tiaw, Filip Troy.
 
Yarımmüdafiəçilər: Tom Bişof, Said El Mala, Brayen Qruda, Lennart Karl, Yoşua Kimmix, Vael Mohya, Feliks Nmeça, Aleksandar Pavloviç, Derri Şerhant, Florian Virts.
 
Hücumçular: Yunis Ebnoutalib, Niklas Fullkruq, Kay Haverts.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest