O qeyd edib ki, ehtiyatsız hərəkət həmkarının həyatına son qoyub, lakin Ovononu qatil adlandırmaq və mühakimə etmək doğru deyil. Boninonun sözlərinə görə, qapıçı bu səhvin ağırlığını ömrünün sonuna qədər daşıyacaq və artıq ictimai qınaqla üz-üzə qalıb.
Madrid “Real”ının yarımmüdafiəçisi Federiko Valverdenin həyat yoldaşı Mina Bonino İspaniya “Sequnda”sının “Tenerife” – “Andorra” matçında baş verən faciəvi hadisəyə münasibət bildirib.
Qarşılaşmanın əlavə vaxtında qonaqların qapıçısı Xesus Ovono meydanın mərkəzinə yaxın hissədə rəqib futbolçu Xesus de Migellə toqquşub və qırmızı vərəqə alıb. Toqquşmadan sonra huşunu itirən De Migel dərhal xəstəxanaya çatdırılsa da, noyabrın 3-də səhər saatlarında dünyasını dəyişib.
Yaşanan dəhşətli hadisədən kədərləndiyini bildirən Bonino voleybolçu və futbol camiəsini qapıçıya qarşı nifrət kampaniyasını dayandırmağa çağırıb. Mərhumun ailəsinin acısını bölüşən Bonino cəmiyyət olaraq gələcəkdə analoji faciələrin qarşısını almaq üçün məsuliyyət daşımağın vacibliyini vurğulayıb.
O qeyd edib ki, ehtiyatsız hərəkət həmkarının həyatına son qoyub, lakin Ovononu qatil adlandırmaq və mühakimə etmək doğru deyil. Boninonun sözlərinə görə, qapıçı bu səhvin ağırlığını ömrünün sonuna qədər daşıyacaq və artıq ictimai qınaqla üz-üzə qalıb. Sosial şəbəkələrdəki nifrət mühitini tənqid edən Bonino insanları özlərini hakim kimi aparmamağa və növbəti bir intihar və ya ölümün qarşısını almağa səsləyib. O, sosial medianın hər kəsin başqalarının taleyi haqqında hökm çıxardığı ən pis məkana çevrildiyini xüsusi qeyd edib. sonda Bonino xəbərdarlıq edib ki, insanları psixoloji böhrana sürükləyib sonra göz yaşı tökmək əvəzinə, bu qəddarlığı elə indidən dəyişdirmək lazımdır.













