Azərbaycanın futzal millisi DÇ-2028-in əsas mərhələsində növbəti oyununu keçirib. Matc.az xəbər verir ki, yığmamız Lənkəran Olimpiya İdman Kompleksində Çexiya millisini qəbul edib. Qarşılaşma 2:2 hesabı ilə başa çatıb.
 
Görüşdə hesabı 12-ci dəqiqədə Kənan Manafov açıb. Çexlər 22-ci dəqiqədə Seydlerin qolu ilə tarazlığı bərpa ediblər. 26-cı dəqiqədə Murad Quluzadə avtoqola imza ataraq rəqibin önə keçməsinə səbəb olub. 37-ci dəqiqədə isə Zarubanın avtoqolu Azərbaycan millisinə heç-heçə qazandırıb.
 
5 noyabr
 
Azərbaycan – Çexiya – 2:2
Qollar: Kənan Manafov, 12 (1:0), Seydler, 22 (1:1), Murad Quluzadə, 26 (avtoqol, 1:2), Zaruba, 37 (2:2).
 
Qeyd edək ki, Azərbaycan millisi ilk qarşılaşmada səfərdə Çexiyaya 1:2 hesabı ilə məğlub olub.
 
Yığmamız DÇ-2028-in əsas mərhələsində növbəti oyunlarını Latviya millisinə qarşı keçirəcək. Komandalar fevralın 27-də Latviyada, martın 3-də isə Azərbaycanda üz-üzə gələcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest