"Liverpul"un sabiq hücumçusu Daniel Starric diskvalifikasiyaya məruz qalıb. Matc.az saytının xarici mətbuata istinadən məlumatına görə, buna səbəb onun oyun mərcinə pul qoyuluşu edən qardaşını öncədən məlumatlandırmasıdı.

Belə ki, "Liverpul"la yenicə yollarını ayıran və hazırda azad agent statusu daşıyan 30 yaşlı forvard ötən il qardaşına "Sevilya"ya keçə biləcəyini məlumatlandırıb və buna pul qoyuluşu etməyi məsləhət görüb. Bu üzdən Starric İngiltərə daxilindəki yarışlardan 6 həftəlik diskvalifikasiya olunub. Ancaq bunun 4 həftəsi şərtidi. Bu isə o deməkdi ki, forvard yeni problem ortaya çıxarmasa, iyulun 31-dən sonra meydana çıxa bilər.

Starric həmçinin 75 min funt-sterlinq məbləğində cərimələnib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest