Niderlandın PSV klubu “Napoli”nin yarımmüdafiəçisi Kevin De Bruyneni transfer etmək üçün İtaliya təmsilçisinə ilkin rəsmi təklif göndərib. Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Bildirilir ki, PSV 35 yaşlı belçikalı futbolçunun transferi üçün bir neçə milyon avro ödəməyə hazırdır.

Mənbənin məlumatına görə, Niderland klubu De Bruyneni qış transfer pəncərəsində heyətinə qatmağı planlaşdırır. Təcrübəli yarımmüdafiəçinin də bu keçidə müsbət yanaşdığı iddia olunur.

Qeyd edək ki, daha əvvəl mətbuatda De Bruynenin “Napoli”dəki bəzi komanda yoldaşları, o cümlədən hücumçu Rasmus Höylund və kapitan Covanni Di Lorenzo ilə münasibətlərində problemlər yaşadığı barədə xəbərlər yayılmışdı.

Belçikalı futbolçu 2025-ci ildən “Napoli”də çıxış edir. Onun İtaliya klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı De Bruynenin bazar dəyərini 8 milyon avro qiymətləndirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest