17 Noyabr 2026, 21:05
FUTBOL
İspaniyanın “Real” (Ovyedo) klubunun azarkeşi Madrid “Real”ının hücumçusu Kilian Mbappeni irqçi təhqir etdiyi üçün 11 aylıq şərti həbs cəzasına məhkum edilib. Matc.az xəbər verir ki, bu barədə COPE radiostansiyası məlumat yayıb.
Məhkəmənin qərarına əsasən, həmin şəxsin futbol stadionlarına girişi də qadağan olunub. Bundan başqa, ona Mbappeyə yaxınlaşmağa icazə verilməyəcək.
Hadisə 2025-ci ilin avqustunda İspaniya çempionatının “Real” (Oviedo) - “Real” (Madrid) matçında baş verib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın 37-ci dəqiqəsində Mbappe qol vurduqdan sonra tribunada olan azarkeşlərdən biri ona qarşı meymunu xatırladan jestlər edib və irqçi səslər çıxarıb.

1_1654467894.jpg)











