Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"yə hər iki görüşdə böyük hesabla məğlub olan "Sperantsa" Moldova futbol tarixinə düşüb. Komanda antirekordu təkrarlayıb. "Sperantsa" avrokuboklarda iki görüşün ümumi nəticəsinə görə, 9 top fərqi ilə yenilib.
Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi"yə hər iki görüşdə böyük hesabla məğlub olan "Sperantsa" Moldova futbol tarixinə düşüb. Matc.az saytının yerli mətbuata istinadən məlumatına görə, komanda antirekordu təkrarlayıb.
"Sperantsa" avrokuboklarda iki görüşün ümumi nəticəsinə görə, 9 top fərqi ilə yenilməklə, buna "nail olub". Buna qədər "Tiliqul" və "Konstruktorul" eyni aqibətlə üzləşmişdi. Birincilər 1997-ci ildə UEFA Kubokunda İsveçrə "Ksamaks"ına 1:3 və 0:7 hesabları ilə uduzubsa, ikincilər 2000-ci ildə Bolqarıstan MOİK-inə 2 top vurub, 11-ni buraxıb (2:3, 0:8).
"Sperantsa"da isə ümumi göstərici 0:9 olub (0:3, 0:6).