17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsini adlamaq şansını itirib. Matç.az saytının məlumatına görə, VIII qrupda ilk iki yer şansını Norveçə 1:4, çexiyaya 0:2 hesabı ilə uduzmaqla itirən komandamızın ən yaxşı qrup üçüncülərindən biri olmaq ümidi də puç olub.

Sabah Albaniya ilə qarşılaşacaq Ramin Quliyevin yetirmələri uduzmamaqla indiki mövqeyini – 3-cü yeri qoruya bilər. Amma bu da qrupunda 3-cü olan 4 xoşbəxt sırasına düşmək üçün yetərli olmayacaq.

çünki artıq 4 qrupda 3-cü yer sahibləri millimizi üstələyir. Makedoniya, Serbiya, Bosniya və Herseqovinanın yığmamızı qabaqlaması dəqiqdi. 4-cü komanda isə 12-ci qrup təmsilçisidi.

Belə ki, bu gün II turu keçirilən qrupda 3-cü yeri kim tutsa, komandamızı üstələyəcək. Buna Belçikanın Latviya üzərində 5:0 hesabı qələbəsi səbəb olub. Yunanıstanın da Moldovaya 2 cavabsız qol vurması millimizin əleyhinə işləyib. Belçika elit-raunda yüksəlibsə, digərləri 2-3-cü yerlər uğrunda son turadək mübarizə aparacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest