"Barselona" yeni baş məşqçisini rəsmən açıqladı
"Barselona" baş məşqçi postunda dəyişiklik edib. İspaniya Superkubokundakı uğursuzluqdan sonra Ernesto Valverde istefaya göndərilib. Onun əvəzinə isə bu posta Kike Setyen gətirilib. Yeni çalışdırıcı ilə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.



























