Triatlon Federasiyasında yeni prezident
Dekabrın 21-də Azərbaycan Triatlon Federasiyasının ümumi yığıncağı keçirilib. Matc.az xəbər verir ki, Gənclər və İdman Nazirliyinin inzibati binasında Dövlət Himnimizin səsləndirilməsi ilə başlanan tədbirdə əvvəlcə nazir Fərid Qayıbov yığıncaq iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb.


























