"Trabzonspor"un lideri Məhəmməd Salah Konfrans Liqasının ilk turunda "KuPS"a qarşı keçirilən matçda (4:2) iki məhsuldar fəaliyyətlə fərqlənib və bunun sayəsində avrokuboklarda unikal nailiyyətə imza atıb.

Matc.az xəbər verir ki, bu barədə "Opta" statistika portalı məlumat yayıb.

Bildirilir ki, 34 yaşlı misirli futbolçu əvvəlcə Pol Onuaçuya qol ötürməsi verib, birinci hissənin sonunda isə özü Finlandiya klubunun qapısına yol tapıb. O, hər üç əsas avrokubok turnirində – Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasında aktivində həm qol, həm də məhsuldar ötürmə olan tarixdəki cəmi üçüncü futbolçu olub.

Əvvəllər bu uğura Kodi Qakpo və Mario Qotse imza ata biliblər. Hazırda onlar müvafiq olaraq "Liverpul" və "Ayntraxt" klublarının oyunçularıdır.

Xatırladaq ki, Salah yayda azad agent statusu ilə "Trabzonspor"a keçib. O, Türkiyə klubu ilə 2 illik müqavilə imzalayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest