Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Neftçi" derbisini qonaq tribunadan izləmək istəyən "Neftçi" azarkeşləri üçün bilet ayrılıb.
Azərbaycan Premyer Liqasının 8-ci turu çərçivəsində keçiriləcək "Qarabağ" – "Neftçi" derbisini qonaq tribunadan izləmək istəyən "Neftçi" azarkeşləri üçün bilet ayrılıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, Tofiq Bəhramov adına Respublika stadionunun 21, 22 və 23-cü sektorlarında ağ-qaralar üçün ümumilikdə 3130 bilet ayrılıb. Həmin sektorlara daxil olmaq istəyən fanatlardan oktyabrın 17-si saat 17:00-da arenanın "B" girişinə yaxınlaşmaları xahiş olunur. Stadiona giriş xüsusi QR kodla aparılacağı üçün 30 klub əməkdaşı və 50-yə yaxın "Neftçi" könüllüsü azarkeşlərin sektorlara rahat keçməsi üçün yerində köməklik göstərəcək və biletlər məhz həmin girişdə təqdim olunacaq.
Matçı 25, 26, 27 və 28-ci sektorlarda "Forza Neftçi" azad azarkeş qrupu ilə birgə izləmək istəyənlər isə biletləri "Palms Sports Arena"nın kassalarından əldə edə bilərlər. Oyun günü saat 17:00-dan etibarən xüsusi ekspres avtobuslar biletli azarkeşləri "Palms Sports Arena"dan Tofiq Bəhramov adına Respublika stadionuna ödənişsiz daşıyacaq.




_1792157376.jpg)








