"Barselona"nın sol cinah müdafiəçisi Alexandro Balde artıq qışda klubdan ayrılmaq imkanını ciddi şəkildə nəzərdən keçirir.

Matc.az xəbər verir ki, bu barədə "Sport.es" nəşri məlumat yayıb.

Bildirilir ki, 22 yaşlı futbolçu niyyəti barədə artıq agenti Jorje Mendeşə məlumat verib. İspaniyalı oyunçu az oyun praktikası səbəbindən Kataloniya nəhəngini tərk etmək qərarına gəlib.

O, cari 2026/27 mövsümündə La Liqada yalnız bir matçda iştirak edib və "Rasinq"ə qarşı keçirilən görüşdə (7:2) meydanda cəmi 12 dəqiqə keçirib.

Cinah müdafiəçisinin İspaniya klubu ilə hazırkı müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir. "Transfermarkt" portalı onun transfer dəyərini 40 milyon avro qiymətləndirir. Alexandro kataloniyalıların heyətində 169 oyun keçirib, 3 qol vurub, 21 məhsuldar ötürmə edib və 7 titul qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest