"Qarabağ" - "Qəbələ" matçının hakimləri açıqlandı
Azərbaycan Premyer Liqasında II turun təyinatları müəyyənləşib. Peşəkar Futbol Liqası oyunlara təyinat alan hakimlərin adlarını açıqlayıb. Turun mərkəzi görüşü sayılan "Qarabağ" - "Qəbələ" qarşılaşması İnqilab Məmmədova həvalə edilib.



























