Rumınların qorxusu: "Qəbələ"nin bu zəfərlərini vurğulamaq kifayətdi
"Qriqorçuk "Astana"ya ötən il gəlib. O, Superkuboku qazandı, komandasını Avropa Liqasının qrupuna daşıdı. "Astana" Qriqorçukla avrokubokda uğur qazanan yeganə komanda deyil. O, 2014-2018-ci illərdə çalışdırdığı "Qəbələ" ilə də bunu bacarıb. Düzdü, Azərbaycanda titul qazanmadı, lakin komandası müntəzəm avrokubokda yer aldı. "Qəbələ"nin seçmə mərhələlərdə "Dinamo" (Tbilisi), "Apollon", "Panatinaikos", "Maribor", "Lill" zəfərlərini vurğulamaq kifayətdi".