"Növbəti mərhələ şansımızı davam etdirmək üçün mütləq xal qazanmalıyıq. Əlbəttə, çox çətin olacağını bilirik. "Sevilya" əla komandadı. Lopeteqinin gəlişi onlar üçün uğurlu alındı"
"Çətin oyun olacağını bilirik. "Sevilya" çox güclüdü və ümumiyyətlə, öz meydanında rəqibi bağışlamır. Üstəlik, digər oyunda APOEL "Düdelanj"a qalib gəlsə və biz "Sevilya"ya məğlub olsaq, hər şey bitəcək. Ən azı 1 xal üçün çalışmalıyıq".
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ı qəbul edəcək "Sevilya" qarşılaşmanın hazırlığına başlayıb. La Liqada "Valyadolid"lə səfər matçından sonra komanda dünəndən Sevilyada məşqlərə başlayıb.
"Çətin rəqibə qarşı ağır oyun oldu. Çox diqqətli oynadıq və vacib qələbə qazandıq. İkinci qol üçün şanslarımız olsa da, istifadə edə bilmədik. Özümüzü səfərdəki kimi hiss etmədik". Bunu "Sevilya"nın yarımmüdafiəçisi Fernando deyib.
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri "Düdelanj"la APOEL arasındakı oyunun yeri dəyişdirilə bilər. Lüksemburq təmsilçisi növbəti tur qarşılaşmasını öz stadionunda keçirməmə təhlükəsi ilə üzləşib.
"Artıq həftəsonu keçiriləcək çempionat matçını düşünməliyik. Addım-addım irəliləmək istəyirik. Bizim üçün çox vacib oyun idi. Bütün komanda çox yaxşı çıxış etdi. Bu cür qələbəyə görə çox sevinirik".
"Bu nəticədən sonra Lüksemburqa qələbə üçün getməliyik. Özümüzə inanırıq. Ümid edirəm ki, "Qarabağ" üzərində qələbənin bizə böyük xeyri dəyəcək. Hamımız bir hədəf uğrunda mübarizə apardıq və bu, bizdə alındı".
"Belə qalibiyyəti çılğınlıqla qeyd etməyimiz normaldı. Həftənin əvvəlindən yalnız qələbəyə köklənmişdik. İkinci hissədə qalib gəlmək üçün lazım olan bütün keyfiyyətləri və oyun ehtirasımızı ortaya qoyduq".
"Bu oyunun növbəti mərhələyə yüksəlmək baxımından nə qədər əhəmiyyətli olduğunu bilirdik. Ancaq hələ heç nə bitməyib. "Qarabağ" işimizi çox çətinləşdirdi, yaxşı komandadı".
Avrokuboklarda qrup mərhələsinin IV turundan sonra UEFA reytinqi açıqlanıb. Çempionlar Liqasında 16, Avropa Liqasında isə 24 qarşılaşma baş tutub ki, bu da cədvəldə bəzi dəyişikliklərə yol açıb.
"Allaha şükür, bizim üçün əla qələbə oldu. Bu nəticədən sonra artıq gələcəyə baxırıq. İndi hər şey bizdən asılıdı. Çox çətin oyun oldu, ancaq biz bacardıq. Bu, kollektivdə hamının bir-birinə köməyi nəticəsində reallaşdı".
Domen sahibinin adı: Əsgərov İxtiyar Kamal oğlu VÖEN: 7302144052 Tel: +994 50 286 01 35, +994 70 286 01 35 E-mail: ixtiyar1973@gmail.com Ünvan: Səbail rayonu, Yeni Salyan Şossesi, 22. Məsul redaktorun adı soyadı: Əsgərov İxtiyar Kamal oğlu.
Bu bir internet portalı - online idman-xeber saytıdır.
Saytın yaradılmasında məqsəd oxuculara Azərbaycanda, eləcə də dünyada baş verən idman hadisələrin operativ və obyektiv təhlilini təqdim etmək, ölkəmiz üçün əhəmiyyətli olan hadisələrin şərhini verməkdir. Buna görə də bu sahədə olan boşluğu müəyyən qədər doldurmaq niyyətindədir. Təbii ki, Azərbaycanda və dünyada baş verən idman hadisələri də operativ şəkildə çatdırmağa çalışacağıq. Bununla yanaşı, saytımızın oxucularına vaxtaşırı tanınmış idman xadimləri ilə eksklüziv müsahibələr, reportajlar, araşdırmalar təqdim etmək niyyətindəyik.