Voleybol yığmamızın baş məşqçisi Covanni Kaprara Macarıstan, Polşa, Slovakiya və Türkiyənin birgə ev sahibliyi edəcəyi Avropa çempionatı üçün 23 oyunçuya dəvət göndərib. Matc.az xəbər verir ki, italiyalı mütəxəssisin siyahısında yığma karyerasını başa vurduğunu açıqlayan Yana Kulan da yer alıb.
Həmçinin, Tokio-2020-nin Təsnifat Turnirində komandadan kənar qalan Yekaterina Jidkova da "23-lüy"ə daxil edilib. Onun Avropa çempionatında oynayacağı əvvəlcədən də istisna deyildi. Bu hücumçularla yanaşı, italiyalı mütəxəssisin Braziliyaya aparmadığı Yuliya Kərimova da düşərgəyə çağırılıb.
Digər voleybolçulara gəlincə, heyətdə dəyişiklik yoxdur. Təsnifat Turnirində oynayanlarla yanaşı, gənclər də ilkin siyahıda yer alıblar.
Toppaylayıcılar: 2. Yana Əzimova, 12. Səmra Qafarova, 14. Kristsina Yaqubova, 18. Şəfaqət Alışanova
Blokçular: 6. Ayşən Abduləzimova, 7. Olena Həsənova, 21. Kseniya Pavlenko, 22. Mariya Kirilyuk, 23. Larisa Smeltsova
Hücumçular: 3. Anastasiya Qurbanova, 4. Nelli Salbişvili, 5. Odina Əliyeva, 8. Yelizaveta Səmədova, 9. Anastasiya Bessonova, 10. Yana Kulan, 11. Yekaterina Jidkova, 15. Nurhan Kazımova, 17. Polina Rəhimova, 20. Marqarita Əzizova, 24. Leysan Lyovkina
Liberolar: 1. Leyla Parşkova, 16. Yuliya Kərimova, 19. Bəyaz Əliyeva
Qeyd edək ki, Azərbaycan millisi avqustun 23-də başlayacaq Avropa çempionatında C qrupunda yer alıb. Voleybolçularımız Macarıstan, Xorvatiya, Hollandiya, Estoniya və Rumıniya ilə üz-üzə gələcəklər. Qrupun oyunları Budapeştdə keçiriləcək.