İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Matc.az xəbər verir ki, A Seriyası təmsilçisi Braziliyanın “Flamenqo” klubundan mərkəz müdafiəçisi Duarteni transfer edib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 23 yaşlı braziliyalı stopperlə 5 illik müqavilə imzalanıb.
 
İtaliya mətbuatının yaydığı məlumata görə, “Milan” bu transfer qarşılığında “Flamenqo”ya 11 milyon avro ödəyib.
 
“Flamenqo”nun yetirməsi olan Duarte 2016-cı ildən bu klubun əsas komandasında çıxış edir. O, geridə qalan mövsümdə 14 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest