Futbol üzrə Türkiyə Super Kubokunun qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, titul uğrunda ötən mövsümü "qızıl dubl"la başa vuran "Qalatasaray" və Türkiyə Kubokunun finalçısı "Akhisarspor" qarşılaşıb.
 
Ankarada keçirilən oyunun taleyini bir qol həll edib. Mərakeşli futbolçu Yunes Belhandanın 38-ci dəqiqədə vurduğu qol "Qalatasaray"a növbəti titulu qazandırıb – 1:0.
 
İstanbul klubu tarixində 6-cı dəfə Super Kubokun qalibi olub. Rekordçu olan "Qalatasaray"ın ən yaxın izləyicisi "Fənərbaxça"dı – 3 dəfə. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest