İtaliyanın "Yuventus" və İngiltərənin "Mançester Siti" klubları arasındakı oyunçu dəyişikliyi nəhayət ki, tam rəsmiləşib. Matc.az xəbər verir ki, İngiltərə çempionu Turin təmsilçisinin portuqaliyalı sağ cinah müdafiəçisi Joao Kanselonu transfer edib. Əvəzində "şəhərlilər"in müdafiəçisi Danilo da İtaliya çempionuna keçib.
 
Bu barədə hər iki klubun rəsmi saytı məlumat yayıb. Danilo "Yuventus"la 5, Kanselo MS ilə 6 illik müqavləyə imza atıb.
 
"Yuventus" 28 yaşlı braziliyalı futbolçunun transferi üçün 37 milyon avrosundan keçib. "Mançester Siti" isə 25 yaşlı portuqaliyalı müdafiəçi üçün 65 milyon avro ödəyib. 
 
Kanselo ötən yay "Valensiya"dan 40 milyon avroya "Yuventus"a transfer olunmuşdu. Danilo isə 2017-ci ildə Madrid "Real"ından 30 milyon avro qarşılığında "Mançester Siti"yə keçmişdi. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest