Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi avqustun 1-3-də Braziliyanın Uberlandiya şəhərində keçirilən 2020-ci ildə Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Təsnifat Turnirində iştirak etdikdən sonra istirahətə yollanıb. Matc.az xəbər verir ki, IX dəfə Avropa çempionatında iştirak edəcək yığmamız hazırlıqlara avqustun 14-də başlayacaq.
10 günlük fasilədən sonra qızlarımız Avropa çempionatına hazırlıqlara Sloveniyada start verəcək. Hazırlıqlar zamanı Sloveniya millisi və digər komandalarla bir neçə yoldaşlıq oyunu baş tutacaq. Komandamız Avropa çempionatı üçün avqustun 21-də Macarıstana yollanacaq.
C qrupunda mübarizə aparacaq komandamızın rəqibləri Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya və Macarıstandı.
Qeyd edək ki, son Avropa çempionatında millimiz 4-cü yeri tutub.
Bu il keçirilən qitə birinciliyində 24 komanda çempionluq uğrunda mübarizə aparacaq.
23 avqust
17:00 Xorvatiya – Azərbaycan​
19:30 Hollandiya _ Rumıniya
22:30 Macarıstan - Estoniya​
24 avqust​​
20:00. Estoniya – Xorvatiya ​
22:30. Rumıniya – Macarıstan ​​
25 avqust
17:30. Azərbaycan – Hollandiya ​
20:00. Estoniya – Rumıniya ​
26 avqust
20:00. Hollandiya – Xorvatiya
22:30. Macarıstan – Azərbaycan
27 avqust
20:00. Hollandiya – Estoniya ​
22:30. Rumıniya – Xorvatiya ​
28 avqust
17:30. Azərbaycan – Estoniya
20:00. Xorvatiya – Macarıstan​
29 avqust
17:30. Rumıniya – Azərbaycan
20:00. Macarıstan – Hollandiya