Türkiyənin kişi həvəskarlarından ibarət "Turqutluspor" komandasının baş məşqçisi vəzifəsinə 22 yaşlı Zeynep Mestan təyin edilib.

Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, müqavilənin maliyyə təfərrüatları açıqlanmır. Mestanın komandanı növbəti mövsümə hazırlayacağı qeyd olunub.

O, "Turqutluspor"un tarixində ilk qadın məşqçi olub. Zeynep Mestan əvvəllər qadınlar arasında həvəskar səviyyədə futbol oynayıb.

"Turqutluspor" ötən mövsüm Türkiyənin beşinci ən güclü futbol divizionu sayılan Bölgəsəl Amatör Liqasında (BAL) çıxış edib və turnir cədvəlini 10-cu pillədə başa vurub. Komanda yeni 2026/27 mövsümünə Türkiyənin altıncı liqası hesab olunan Süper Amatör Kümedə başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest