Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni ilin sonunda vəzifəsindən gedə bilər.

Matc.az xəbər verir ki, bu barədə tanınmış insayder Veronika Brunati məlumat yayıb.

Bildirilir ki, 48 yaşlı mütəxəssis Argentina Futbol Assosiasiyasının (AFA) rəhbəri Klaudio Tapiya ilə görüşündə çox yorulduğunu deyib. Skaloni dekabrın 30-da başa çatacaq müqaviləsinin müddətini uzatmamaq variantını ciddi şəkildə nəzərdən keçirir.

Qurum rəhbərliyi təcrübəli baş məşqçini komandada qalmağa razı salmağa çalışsa da, onun gələcək taleyi hələlik qeyri-müəyyən olaraq qalır. Skaloni 2018-ci ildən bəri Argentina yığmasına rəhbərlik edir.

Əlavə olaraq qeyd edilir ki, Argentina Futbol Assosiasiyası yaxın gələcəkdə keçiriləcək oyunlardan birinə Lionel Messini dəvət etməyi və bununla da əfsanəvi futbolçuya rəsmi şəkildə öz ehtiramını bildirməyi planlaşdırır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest